Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

“Qafqazinfo” adları açıqlanan əsgərlərimizdən biri – Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib.

Əldə etdiyimiz məlumata görə, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub. Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.

Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600