Şəlalədə çimən Lənkəran sakini batdı
Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb.
Yenicag.az xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir.
Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.













