Şəhid zabit medalla təltif edilib
Bu il sentyabrın 27-də şəhid olmuş zabit Allahverdi Əbülfəz oğlu Baxışlı Azərbaycan Prezidenti adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunub.
Bu gün medal şəhidin ailəsinə təqdim olunub.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Vətən uğrunda şəhid olan gənc zabitin ömür yolundan danışıb, onun təltif edildiyi medalı şəhidin anası Solmaz Baxışlıya təqdim edib.
Mərasim Hacıqabuldakı Şəhidlər Xiyabanının ziyarət olunması ilə başa çatıb.
Qeyd edək ki, A. Baxışlı bu il sentyabrın 27-də ermən silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.