Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhidlər Xiyabanında səmərəsiz KARANTİN “TƏDBİRİ” - VİDEOREPLİKA

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar koronavirus pandemiyası səbəbindən Şəhidlər Xiyabanına ziyarətə gələn vətəndaşlar Xiyabana növbə ilə buraxılır.

Yenicag.az xəbər verir ki, sıxlığın qarşısının alınması məqsədilə vətəndaşlar Şəhidlər Xiyabanına yolda qurulan polis postlarından beş-beş olmaqla, növbə ilə keçməli olurlar.

Maraqlısı budur ki, Xiyabanda sıxlığın qarşısının alınması məqsədilə görülən bu tədbir buraxılış postlarında yüzlərlə insanın toplanmasına səbəb olub. Belə olan halda isə ziyarətçilər arasında sosial məsafənin gözlənilməsi mümkün deyil.

Yenicag.az əməkdaşlarının hazırladığı videoreportajı təqdim edirik:

Aqil Bəkir
Cavid Qaçayev

Loading...

www.yenicag.az

3935