!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyədə daha bir biabırçılıq: yeni doğulan uşaq ölüm təhlükəsi altındadır

!Reklam – Yazi

Xəstələr Qəbələ rayon Mərkəzi xəstəxanasından  şikayət edib.

Yenicag.az xəbər verir ki, şikayətçi Qurbanova Rəqsanə Məzahir qızı Qaynarinfo-ya açıqlamasında xəstəxanada çalışan ginekoloq Dilarə Hacıyevanı məsuliyyətsizlikdə ittiham edib.

Onun şikayətini olduğu kimi təqdim edirik:

“Mən 2018-ci ilin 4 dekabr tarixində Qələbə Rayon Mərkəzi xəstəxanasına yoxlanışa getdim. Ultrasəs müayinəsindən keçdikdən sonra ginikoloq Dilarə Hacıyeva 4 həftəlik hamilə olduğumu dedi. Mənə 10 gün sonra gəlib testlərdən keçməli olduğumu dedi. Dekabrın 15-i yenidən getdim və analizlər verdim. Dilarə xanım analizlərimin cavabına baxıb heç bir problem olmadığını bildirdi. Halbuki, analizlərimdə mikobumun olduğu görünürdü. 35-ci həftədə Qəbələ Diaqnostika mərkəzində Nəsrəddin Əmirovun qəbuluna getdim. O amniotik mayemdə bulanıqlıq olduğunu, bu həftələrdə belə şeylərin normal olduğunu dedi. İyun ayının 31-i normal doğumla qızımı dünyaya gətirdim. Doğum zamanı amniotik suyumun bulanıq yox, çox çirkli olduğunu gördüm. Qızım doğulanda ağlamadı, həkimlər iynə vurduqdan sonra ağlamağa başladı. Çəkisi cəmi 2 kilo 200 qramdır. Hazırda nəfəs almaqda problemlər yaşayır, oksigen aparatına bağlıdır, aparatdan ayrıldığı zaman göyərir. Bunun da günahı Dilarə Hacıyevadadır. O analizlərə baxanda mənə mikrobun olduğunu desəydi, mən vaxtında müalicə alardım, uşağıma da mikrob keçməzdi. Ya da normal doğum əvəzinə keysəriyyə yolu ilə dünyaya gətirərdim.

Doğumdan sonra xəstəxana lazimı tibbi avadanlıqların olmadığını deyib, bizə Şəki rayon Mərkəzi klinikasına getməyimizi məsləhət gördülər. Həkimlər özləri təcili tibbi yardın maşını çağırdı, baş həkimin razılığını belə almadan bizi göndərdilər. Dedilər ki, əgər biraz gecikmə olsa, uşaq ölə bilər. Dilarə Hacıyeva hazırda istirahətdədir. Telefonunu söndürüb, bəzən açır, mesajlara baxıb, telefonunu yenə söndürür. Axı bu məsuliyyətsizlikdir. Uşağım onun səhlənkarlığı üzündən ölə bilərdi.

Hazırda Şəki Perinat Mərkəzindəyik. Uşağı müayinə edib dedilər ki, ürəyində qüsur, beynində şiş var. Halbuki, hamilə olanda Şəki Perintal Mərkəzində dopler müayinəsindən də keçmişəm, uşağın ürəyində qüsur olduğu deyilməmişdi. Ailəm Səhiyyə Nazirliyinin “Qaynar xətti” ilə əlaqə yaradıb. Xəstəxana ilə danışılıb, bizə deyirlər təcili tibbi yardım maşını gəlir, amma hələ xəbər yoxdur. Şəki Perintal Mərkəzin şöbə müdiri köməkçisi Sərxan həkim bizimlə danışdı. Bir az əvvəl o da taksiyə minib xəstəxanadan getdi. Bizə deyirlər uşağa dövlət hesabına qiyməti 800 manat olan iki iynə vurmuşuq, artıq vəziyyəti düzəlib. Amma inanmıram”.

Məsələ ilə bağlı Qəbələ rayon Mərkəzi Xəstəxanası və Şəki Perintal Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin açıqlamasını yayımlamağa hazırıq.

www.yenicag.az

1397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv