Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib.
Yenicag.az xəbər verir ki, 36 yaşlı qrossmeysterin “Chessable Masters” adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu – XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov “8-lik”də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.
14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.
“Chessable Masters”
XI tur
Jorden Van Forest (Niderland) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
XII tur
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 0,5:0,5
XIII tur
Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
XIV tur
Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan) – 0,5:0,5
XV tur
Aryan Tari (Norveç) – Şəhriyar Məmmədyarov
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.
www.yenicag.az