“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Səidə Sultan olub. Həmcinslərini çox sevdiyini deyən müğənni həmişə qadınlara dəstək olduğunu söyləyib:
“Qadınları çox istəyirəm, bir şey olsa, tərəflərini saxlayaram, qorumağa çalışaram. Amma qadın qadına həmişə pislik edir. Əzəldən bu belədir. Kişini pozan da qadındır. Çünki kişiyə ilk tərbiyəni verən qadındır – anasıdır. Ana fərsiz oğlunu hansısa bir qızla evləndirirsə, o, artıq pislik edir. Buna görə də qadın qadının düşmənidir”.
Yaxın rəfiqəsinin birdən-birə ondan uzaqlaşdığını deyən Səidə Sultan Məşədibabanın “Ahuzar içində” mahnısını ona görə oxuduğunu bildirib:
“Bir yaxın rəfiqəm var idi, çox yaxın idik. Birdən-birə məndən ayrıldı, hər şeyi qırıb getdi. Bu mənə çox pis təsir etdi. Çünki mən ona qarşı heç bir səhv etməmişəm. Buna görə də onun getməyini qəbul etmək istəmirdim. Məhz o ağrıya görə “Ahuzar içində” mahnısını oxudum”.
Ətraflı Baku TV-nin süjetində:
www.yenicag.az