!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkər qıtlığı gözlənilir

!Reklam – Yazi

Dünyanın müxtəlif ölkələrində 2023-cü il ərzində şəkər qıtlığının olacağı proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, “Reuters” informasiya agentliyi “Green Pool” analitik agentliyinə istinadən 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağını yazıb.

Şəkər istehsalında azalma xüsusən Avropa Birliyi, Pakistan və Hindistanda gözlənilir.

Azərbaycanda şəkər istehsalı və satışı ilə məşğul olan şirkətlər məsələ ilə bağlı rəy bildirərkən, ölkəmizdə bu istiqamətdə çətinliyin olmadığını vurğulayıblar.

Qeyd edək ki, Bakı və bütün bölgələr kəsintisiz olaraq şəkərlə təmin edilir. Mövsümlə əlaqədar istehlak həcmində artma qeydə alınsa da, ümumilikdə anbarlardakı mövcud şəkər həcmi tələbatı dəfələrlə üstələməkdədir. Regionun ən böyük istehsalçısı olan İmişli Şəkər Zavodunun tam gücü ilə fəaliyyətdə olduğu və plana uyğun şəkildə satış nöqtələrini məhsulla təmin etdiyi bildirilib.

 

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv