Şəkidə ƏMƏLİYYAT - Narkotacirlər saxlanıldı - VİDEO

media-hightechnic-468x90

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib.

media-banner_tuq

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən ilk tədbir zamanı şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə V.Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Ə.Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana götürülüb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05