Şəkidə iki yük avtomobili toqquşdu

media-hightechnic-468x90

llıŞəkidə iki yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən  Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Şəki-Qax magistral yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “MAZ” markalı, 55 AC 394 dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirərək yolun kənarında dayanan “Zil” markalı, 15 BH 826 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.

Qəza nəticəsində Şəki rayonu Baş Göynük kənd sakinləri – 1958-ci il təvəllüdlü Abdurəhmanov Zahir Nurəhməd oğlu, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abdurəhmanova Sümayə Qurban qızı, 1985-ci il təvəllüdlü İsrafilov Hüseyn Qurban oğlu və 1993-cü il təvəllüdlü Seyidməmmədov Tural Mikayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar.

Xəstələr travmatologiya şöbəsinə yerləşdirilib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600