Şəkidə yük boşaldan maşın aşdı: 1 nəfər öldü

media-hightechnic-468x90

Axşam saatlarında Şəki şəhərində yük boşaldan avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, yük dolu nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 57 yaşlı Rizvan Cəlilovun ağır xəsarət alması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası göndərilib. Lakin həkimlər hadisə yerinə çatana kimi ölüm faktı qeydə alınıb.

Hadisə yerində rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin təhqiqat və müayinə aparıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600