Səkkiz dəfə həbsdə olan kişi yenidən tutuldu

media-hightechnic-468x90

Samuxda keçmiş məhkum narkotiklə tutulub. 

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İlqar Ələsgərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərindən 40 qram tiryək aşkar edilib. Dindirilmə zamanı İ.Ələsgərov narkotik vasitəni tapdığını bildirib.

Qeyd edilib ki, İ.Ələsgərov bundan əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600