İranın 25 vilayəti daşqınlar və çovğunla üzləşib.
Yenicag.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və xilasetmə təşkilatının sədri Murtaza Səlimi deyib.
O bildirib ki, ötən 72 saat ərzində Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Buşəhr, Tehran, Çahar-Mahal və Bəxtiyari, Cənubi Xorasan, Xuzistan, Zəncan, Simnan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kürdüstan, Kirman, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gülüstan, Lorestan, Mazandaran, Hörmüzgan, Həmədan və Yəzd vilayətlərinin bəzisi sel, bəzisi isə çovğunla üzləşib.
M.Səlimi əlavə edib ki, indiyədək 122 şəhər, kənd və dağlıq ərazilərdə 7290 nəfərə yardım edilib: “404 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Ümumilikdə 18 nəfər müalicə mərkəzlərinə çatdırılıb. 689 avtomobil qardan çıxarılıb, 100 ev sel sularından təmizlənibboşaldılıb”./Trend/
www.yenicag.az