“Şelburn”un baş məşqçisi: "Burada oynamaq bizə çətin oldu"

media-hightechnic-468x90

“İstədiyimiz nəticə olmadı. Rəqibin gücünü bilirdik”.

Yenicag.az xəbər verir ki, bu sözləri İrlandiyanın “Şelburn” komandasının baş məşqçisi Coy O’Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ”ı növbəti mərhələ münasibətilə təbrik edib: “Stadionda isə əla atmosfer var idi. Burada oynamaq bizə çətin oldu. Bugünkü matça yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirmək üçün imkanlarımız yarandı:

“Qarabağ” yaxşı komandadır. Onların Avropa səhnəsində böyük təcrübəsi var. Gələcək görüşlərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb./AZƏRTAC/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05