“Türkiyə dünyada pilotsuz uçuş aparatları (PUA) bazarının 65%-ni tutur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar bildirib.
Onun sözlərinə görə, bu bazarın təxminən 60%-i təkcə “Baykar” şirkətinə məxsusdur və hazırda şirkət dünyanın ən iri PUA platformaları arasında yer alır.
Bayraktar qeyd edib ki, son 3 il ərzində “Baykar” dünyada ən böyük PUA istehsalçısı kimi tanınır və hazırda Amerika şirkətləri ilə müqayisədə 3 dəfə daha böyükdür.
O əlavə edib ki, “Baykar” 2004-cü ildən etibarən Türkiyənin ilk pilotsuz uçuş aparatlarını istehsal etməyə başlayıb. “Bayraktar AKINCI” modelinə toxunan Bayraktar əlavə edib ki, bu aparat hazırda təxminən 10 ölkəyə ixrac olunur. “Bayraktar TB2” isə dünyada ən çox ixrac edilən PUA olaraq tanınır.
www.yenicag.az