Selçuk Demir: "İnvestisiya Forumu ticarət potensialımızı qat-qat artıracaq" - VİDEO

media-hightechnic-468x90

“Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu iki qardaş ölkə arasındakı iqtisadi münasibətlərin gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında forumda iştirak edən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir tədbirin əhəmiyyəti və gözlənilən nəticələr barədə danışarkən bildirib.

Selçuk Demir qeyd edib ki, forumun ilin son günlərinə təsadüf etməsi Türkiyə–Azərbaycan ticarət və iqtisadi əməkdaşlığı baxımından simvolik və mühüm bir addımdır:

“Bu, olduqca önəmli bir platformadır. Ümid edirəm ki, forum çərçivəsində keçirilən panel və sessiyalarda müəyyənləşdirilən mövzular real nəticələrə söykənəcək. Bu müzakirələr Türkiyə və Azərbaycanın iş dünyası nümayəndələri, eləcə də investorlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə real töhfə verəcək”.

Çıxışının sonunda o, bu növ tədbirlərin iki ölkə arasındakı ticarət dövriyyəsinin kəskin şəkildə yüksəlməsinə zəmin yaradacağına inandığını bildirib:

“Tədbirin inkişaf etməkdə olan ticarət potensialının daha da artmasına, hətta qat-qat genişlənməsinə səbəb olacağına inanıram”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa