Şəmkirdə yeni icra başçısı

media-hightechnic-468x90

загруженное (6)Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir rayonu İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.

Yeni icra başçısı Alimpaşa Məmmədov bu təyinatadək Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, o, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.

A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi.

Alimpaşa Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur. (modern.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa