Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Senatorların xəbərdarlığı: Barak Obamaya yazılan məxfi məktubda Rusiya haqda nələr deyilir?

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Senatdakı demokratların Barak Obamaya yazdıqları məxfi məktubun təfərrüatları məlum olub.

“Biz bu yaxınlarda Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsinə Rusiya xüsusi xidmətinin ABŞ-da keçiriləcək prezident seçkilərinə kiberhücumlar etməsinə dair informasiyadan ciddi narahatlıq keçiririk”.

ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərindən bir müddət sonra bir neçə demokrat senator fəaliyyətdə olan prezident Barak Obamaya tam məxfi məktub göndərib.

Amerikanın milli maraqlarını geniş miqyasda müdafiə edən bu məktub böyük əhəmiyyətə malik idi. Mak Uorner də daxil olmaqla, 8 senator tərəfindən 29 noyabr 2016-cı il tarixində imzalanan həmin məktubun məzmunu barədə Amerika xalqı məlumatlandırılmayıb.

Senatorlar Barak Obamadan bu məktubun detallarını ictimaiyyətlə bölüşməyini istəsələr də, həmin incəliklər milli təhlükəsizlik səbəblərindən redaktə edilmişdi. Üç kəşfiyyat mənbəyindən “BazFid”ə bildirilib ki, məktubun redaktəyə məruz qalan hissəsi Rusiyanın prezident seçkilərində amerikanları Donald Trampa səs verməyə sövq etməsi barədədir.

ABŞ kəşfiyyat qurumlarına qarşı məhkəmə iddiası üzrə İnformasiya Azadlığı Aktına uyğun olaraq, həmin məktub “BazFid Xəbərlər” və İnsanların Mülki Şəffaf Qrupunun icraedici direktoru Rayan Şapiro (Ryan Shapiro) tərəfindən əldə edilib. Bu məktubun məzmunu həmin qurumlara çatmamışdan əvvəl ictimaiyyətə açıqlanmamışdı.

Adıçəkilən sənəd 2016-cı il prezident seçkilərindən az əvvəl mətbuata çıxarılmamış söhbətlərin məqamları ilə birlikdə Amerika kəşfiyyat qurumlarının məxfi şəkildə Rusiyanın həmin prezident seçkilərinə müdaxiləsinə cavab olaraq göstərdiyi səylərin mahiyyətini ehtiva edir. Bundan əlavə, demokrat senatorlar Obama administrasiyasına təzyiq göstərərək, həmin məktubun mahiyyətinin ictimaiyyətə açıqlanmasını tələb ediblər.

Lakin Obama heç vaxt senatorların bu məktubuna cavab verməyib.

27 yanvar 2017-ci ildə – Donald Trampın ABŞ prezidenti kimi and içməsindən bir həftə sonra senatorlar həmin məktuba rəsmi cavab aldılar. Cavab milli kəşfiyyat xidmətinin icraçı direktoru Maykl Dempsi (Michael Dempsey) tərəfindən təqdim olunmuşdu. Dempsi senatorlara bildirib ki, onun rəhbərlik etdiyi kəşfiyyat qurumu 2017-ci il yanvarın əvvəllərində Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair qısa detallardan ibarət olan rəyi ictimaiyyət üçün açıqlamaq niyyətində idi.

Maykl Dempsinin həmin məktubunda Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən hazırlanan “2016-cı il seçkilərinin kiber fəaliyyətlə əlaqəsi” adlı rəyə də istinad edilib. O rəy isə isə FTB tərəfindən 2016-cı il noyabrın 7-də – seçkilərdən 1 gün əvvəl hazırlanıb. Lakin həmin informasiya da milli təhlükəsizlik maraqlarının qorunması səbəbi ilə redaktə olunub. Bundan əlavə, o informasiyanın həm də hüquq-mühafizə orqanlarının apardıqları təhqiqata aid olduğu bildirilib.

Kəşfiyyat mənbələri FTB-nin müzakirə etmək istəmədiyi incəliklərə dair məlumatlarla da tanışdır. Lakin kəşfiyyat mənbələri bu incəliklərin hazırda əks-kəşfiyyat xidmətinin davam etdirdiyi təhqiqatlar və prokuror Roberty Müllerin (Robert Mueller) apardığı istintaqla bağlı olduğunu bildirir.

2016-cı il prezident seçkilərindən az əvvəl mətbuata çıxarılmamış söhbətlərin gizli məqamları Milli Kəşfiyyat İdarəsi direktoru və Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanaraq, ABŞ rəsmilərinə təqdim olunub. Eyni zamanda, bu mənbələr vasitəsilə ictimaiyyətin və medianın Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair ünvanladığı suallara aydın cavab verilməsi istənilib.

2016-cı il prezident seçkilərindən az əvvəl mətbuata sızmayan söhbətlərin gizli məqamlarında ABŞ rəsmiləri bir suala cavab verə bilərdilər: Rusiya 2016-cı il prezident seçkilərinin nəticələrini dəyişməyə cəhd edirdi? Bu suala isə hazır cavab belədir: “Kreml çox ehtimal ki, 2016-cı il Amerika prezident sekiləri prosesinin düzgün keçirilməsinə dair sualların artmasına dair açıqlamaların olacağını gözləyir və əks halda, prezidentin qanuniliyini qəbul etməzdi”.

Digər mümkün sual: Rusiya Trampın seçki kampaniyasına dəstək vermək niyyətində idi? Cavab yenə hazırdır: “Rusiya hökumətinin hər hansı motivasiyası müdaxilə olaraq, narahatlıq yaradır”.

Ceyson Liopold (Jason Leopold),
“BazFid Xəbərlər”

Loading...

www.yenicag.az

3094
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100