!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənaye parklarının vergilərdən azad edilmə müddət niyə uzadılmalıdır? - Vahid Əhmədov

!Reklam – Yazi
Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu, öz bəhrəsini verməkdədir.
Yenicag.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur: “ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.

Deputat sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib: “Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.

V. Əhmədov bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: “Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır, bunu da bilmək istərdim”.

COP29

www.yenicag.az

2050
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv