Şənbə və bazar günləri dərs günü olacaq - RƏSMİ

media-hightechnic-468x90

Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05