Xəbər verdiyimiz kimi, Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Yenicag.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanallarından birində Naxçıvan hava limanına dron hücumu ilə bağlı paylaşım edilib.
Həmin kanal “Reuters” agentliyinə istinad edərək, sanki kənar müşahidəçi kimi Naxçıvanın bombalanması ilə bağlı məlumat paylaşıb.
Qeyd edək ki, hazırda İranın hərbi elitası başsızdır və SEPAH-ın əlinə bir fürsət düşüb, sağa-sola bomba atır. SEPAH Türkiyəni, Azərbaycanı və İslam dünyasını İrana qarşı qaldırır.
Xatırladaq ki, dünən İrandan buraxıldığı və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətinə yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizi üzərində NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib














