!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı güruhun yenidən AYAQLANDIRILMASI: “İrəvanda məxfi toplantı keçirilibsə və...”

!Reklam – Yazi

“Ərazilərimizi könüllü sürətdə tərk etmiş ermənilərin heç birinin Azərbaycan pasportu yoxdur”.

Bu fikirləri Qarabağda fəaliyyətinə son qoyulan qondarma rejim nümayəndələrinin İrəvanda yenidən bir araya gəlmələri və Azərbaycan əleyhinə fəaliyyəti genişləndirməyə hazırlıq görmələrinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qarabağdan köçən ermənilərin geri qayıtması artıq mümkün deyil:

“Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, Qarabağdan gələn ermənilərin “dövlət təsisatları”nın və müxtəlif təşkilatlarının Ermənistanda fəaliyyətinə icazə verməyəcək. Bununla belə, ehtimal verməsəm də, əgər separatçıların İrəvanda məxfi toplantısı keçirilibsə və orada hansısa “yol xəritəsi” hazırlanıbsa, məsələnin ciddi, həm də təhlükəli olduğu vurğulanmalıdır.

Aydın məsələdir ki, ləğv edilmiş separatçı rejimin tör-töküntülərini hərəkətləndirən Qərbin məlum dairələridir. Məsələn, Avropa Parlamenti, Fransa parlamenti, ABŞ-nin özündəki müəyyən qurumlar erməniləri şirnikləndirərək onları Azərbaycana qayıtmağa sövq etməyə çalışırlar.

Lakin bu çərçivədə nəzərə alınmalı olan mühüm bir fakt ondan ibarətdir ki, ərazilərimizi könüllü sürətdə tərk etmiş ermənilərin heç birinin Azərbaycan pasportu yoxdur. Düzdür, onlar Azərbaycan vətəndaşlığı almaq üçün onlayn qaydada müraciət edə bilər. Azərbaycan hüquq mühafizə orqanları da onların şəxsiyyətini, tərcümeyi-halını ciddi sürətdə araşdırdıqdan sonra onlara vətəndaşlıq verər, yaxud da verməz.

Ermənilərin geriyə qayıtmaq məsələsi çox çətin, hətta mümkünsüz bir şeydir. Kişilərin demək olar, hamısı bu və ya digər formada Azərbaycan əhalisinə qarşı müxtəlif cinayətlərin törədilməsində və ümumiyyətlə, separatçı hərəkatda yaxından iştirak etmiş adamlardır. Qərbin bu kimi təhrikçi cəhdləri prosesin yönünü dəyişə bilməz. Azərbaycan hələlik zəif templə də olsa, Qarabağda məskunlaşma işini həyata keçirir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv