“Separatçı qurumun kəlbəcərli girovlarla bağlı təklifi…”  

media-hightechnic-468x90

10931423_974501205912945_879049560648410678_n“Separatçı qurumun kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklif bir daha sübut edir ki, həmin şəxslər cinayətkar yox separatçılar tərəfindən  götürülmüş təqsirsiz  girovlardır”.

 Bu sözləri Yenicag.az-a açıqlama verən politoloq Ramiz Əliyev söyləyib.

Onun sözlərinə görə, “Hansı qanunda görülüb ki, “cinayətkar” adlandırdığın şəxsi girov və əsir adı ilə dəyişmək üçün qarşı tərəfə  təklif edəsən?! Onlar özləri də çox gözəl bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma yurduna  yaxınlarının və doğmalarının qərbrlərini ziyarət etmək məqsədi ilə getmişlər və onlar da daxil olmaqla erməni teroristləri tərəfindən işğal olunmuş bütün ərazilərə hər bir Azərbaycanlı getmək və gəzmək  hüququna  malikdir. Əsilində separatçı rejimin nümayəndələri bu kimi bəyanatlar verməklə Beynəlxalq Təşkilatları və Beynəlxalq Huququ bir növ tanımadıqlarını və onlara qarşı gəldiklərini bəyan edirlər. Belə bir məqamdan Azərbaycan tərəfi yararlana bilər və bu faktı beynəlxalq təşkilatların qarşısına çıxartmaq olar”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600