!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılar arasında QARŞIDURMA: "Ermənilərin məqsədi başqasının torpağında..." - POLİTOLOQ

!Reklam – Yazi

“Erməni kilsəsinin və diasporunun işi başqasının torpağında erməni dövləti yaratmaqdır”.

Bu sözləri Qarabağda separatçı rejim arasında konfliktin dərinləşməsi və Rusiyanın Ruben Vardanyanı separatçı rejimin başına gətirmək istəyini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Qarabağda separatçıların kökünü kəsmək lazımdır:

“Ruben Vardanyan Qarabağa gəlməzdən öncə də deyirdim ki, o şəxs qondarma erməni soyqırımı təbliğatının başında dayanır. Ruben Rusiyada çirkli pulların yuyulmasını təşkil edirdi. Rus oliqarxların çirkli pullarını Ruben Vardanyan yuyurdu.

Azərbaycan separatçı rejimin rəhbər şəxslərini və ora iddialı olanların kökünü kəsməlidir.

Qarabağdakı separatçılar və onların havadarları əlahiddə status qazanmaq istəyirlər. Gələcəkdə isə müstəqillik qazanmaq istəyirlər. Erməni kilsəsinin və diasporunun işi başqasının torpağında erməni dövləti yaratmaqdır. Əslində buna qismən nail olublar. İndiki Ermənistan dövləti Azərbaycan torpaqlarına yaradılıb. Hədəf Azərbaycandır.

Ruben Vardanyan separatçı rejim içərisində çaxnaşma salıb. O, sanksiyalardan yayınmaq üçün separatçı rejimin başına gəlmək istəyir. Ukrayna dövləti Ruben Vardanyan haqqında beynəlxalq axtarış verib. Onun hərəkəti məhdudlaşdırılıb. O, özünü və var-dövlətini qurtarmağın yollarını düşünür”.

Səxavət Məmməd

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv