Seperatçılar razılığa gəlib

media-hightechnic-468x90

72946Ukraynada hökumət qüvvələri ilə rusiyameyilli silahlılar arasında bufer zonasının yaradılmasına dair razılıq əldə olunub.

Bu gün Minksdə sülh danışıqları zamanı əldə edilmiş razılığa əsasən, 30 kilometrlik bufer zonasının yaradılması üçün tərəflər artilleriyanı 15 kilomert geriyə çəkməlidir.

Ukrayna, Rusiya, separatçı Donetsk Xalq və Luqansk Xalq respublikaları və ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar zamanı əldə edilmiş razılığın məqsədi atəşkəs rejiminin daha gücləndirilməsindən ibarətdir.

ATƏT müşahidəçiləri yaradılan bufer zonasında monitorinq keçirəcəklər.

Qeyd edək ki, sentyabrın 5-də əldə edilmiş atəşkəs rejimi dəfələrlə pozulub. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600