Serbiyanın tanınmış basketbol komandası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə etirazdan imtina edib.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Avropanın Müntəzəm Basketbol Liqasının 21-ci turu çərçivəsində ötən gün Litvanın “Jalgiris” və Serbiyanın “Srvena zvezda” komandalarının oyunundan əvvəl maraqlı olay yaşanıb.
Serbiya komandasının basketbolçuları “Jalgiris”in Ukraynaya dəstək məqsədilə hazırladığı müharibə əleyhinə baneri tutmaqdan imtina ediblər.
Qonaq basketbolçuların bu hərəkəti yerli azarkeşlərin hiddətinə səbəb olub və onlar “Srvena zvezda”nı fitə basıblar.
Serblərin baş məşqçisi Deyan Radoniç, “Bu sual mənə aid deyil”, – deyərək komandanın davranışına şərh vermkdən yayınıb.
www.yenicag.az