Sergey Lavrov Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

скачанные файлы (1)Səfər zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaq

Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa