Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxıldı

media-hightechnic-468x90

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildiriblər.

Tərbidlərin sonunda xatirə fotoşəkli çəkilmiş və hərbi qulluqçular təntənəli şəkildə yola salınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600