Sərhəddə erməni təxribatları: "Bunun böyük döyüşə çevriləcəyini gözləmirəm" - Hərbi ekspert 

media-hightechnic-468x90

“Azərbaycan və Ermənistan xalqları müharibədən yorulublar”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi və delimitasiya işlərinin sürətlənməsi ilə bağlı iddialar fonunda qarşı tərəfin atəşkəsi pozmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, bundan sonra cəbhədə genişmiqyaslı əməliyyatların olması gözlənilmir:

“Son sərhəd münaqişəsindən sonra hər iki tərəfdən böyük qurbanlar oldu. Ermənilərin xasiyyətini bildiyimizə görə deyə bilərik ki, onlar itirdikləri mövqeləri geri almaq üçün cəhdlər edəcəklər. Bu gündəmdədir.

Onlar itirdikləri mövqelərdən heç olmasa birini geri almaq istəyirlər. Bunu həm öz reputasiyalarını qorumaq, həm dəxili aгditoriya, həm də havadarlarına göstərmək üçün etmək istəyirlər. Erməni tərəfi məlum videonu dünya gündəminə çıxararaq, Azərbaycana qaniçən damğası vurmağa çalışırdı. Ancaq düşünürəm ki, Azərbaycan tərəfinin Xocavənd rayonu Edilli kəndində aşkar etdiyi kütləvi məzarlıqlar bunlar tam şəkildə sübut edir ki, bizim minlərlə itkin düşən insanımızı qətlə yetiriliblər. Bunun fonunda onlar da nəyəsə nail olmağa çalışırlar ki, danışıqlar masasında konkret predmetləri olsun. Azərbaycan ordusu təbii ki, möhkəmləndiyi mövqelərdən çıxan deyil. Qarşı tərəfin də edəcəyi təxribatlara layiqli cavablar veriləcək.

Düşünürəm ki, sülh sazişi üçün gedən danışıqların mütləq şəkildə canlanacağına, ən sonda müsbət nəticələr olacağına inanıram. Çünki bütün müharibələrin sonu sülhdür. Düşüncəmə görə, son sərhəd toqquşmasından sonra böyük həcmli təxribatların və döyüşlərin olacağını düşünmürəm. Xırda qığılcımlar ola bilər, ancaq bunun böyük döyüşə çevriləcəyini gözləmirəm. Hər iki tərəf sülh istəyir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600