!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərkisyanın ABŞ-dakı evi müsadirə olunacaq

!Reklam – Yazi

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sərkisyanın İrəvan və ABŞ-dakı evlərinin müsadirə olunmasını tələb edir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Sərkisyan və onunla əlaqəli olan şəxsin (L.Q.) İrəvandakı daşınmaz əmlakını və ya onun bazar dəyərini (181 milyon dram), ABŞ-ın Massaçusets ştatında yaşayış sahəsi və ya onun alındığı məbləği (2,05 milyon dollar və ya 941 milyon dram) müsadirə etmək istəyirlər. Bundan əlavə, 255,5 milyon dram və 172,5 milyon dram məbləğində vəsaitin də müsadirə edilməsi tələb olunur.

Qeyd edək ki, mayın 15-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv