!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin avtobusu yük maşınına çırpıldı - Yaralılar var - FOTOLAR

!Reklam – Yazi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində 159 nömrəli marşut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ağır tonajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə avtobusda olan sərnişlərdən 8-i müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılara 1 saylı Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzaya uğrayan avtobus cərimə meydançasına yerləşdirilib.

www.yenicag.az

2645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv