Tbilisi metropoliteninin sərnişinləri bu gün sürprizlə üzləşiblər – vaqonların oturacaqlarında onları “İntellekt” və “Artanuci” nəşriyyatlarının kitabları gözləyib.
Yeniçağ.Az Xeber.ge saytına istinadən xəbər verir ki, aksiyanı Tbilisi meriyasının Şəhər nəqliyyatı xidməti təşkil edib.
Tbilisi meriyası həmçinin yaxın zamanlarda şəhər metrosunun bütün stansiyalarında elektron kitabxanalar quraşdırmağı planlaşdırır.
“Şəhər-kitabxana” layihəsi çərçivəsində şəhər meriyası metroda elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdıracaq. Bu, mətnlərin yüklənməsi üçün tam ödənişsiz vasitədir. Bunun üçün Saba Reader mobil əlavəsindən istifadə etmək lazımdır.
Tbilisinin küçə, park və bağlarında təxminən 300 elektron kitabxana artıq quraşdırılıb.
Yeniçağ.Az
www.yenicag.az