Sərnişinlərin həyatı təhlükədədir
167 saylı sərnişin avtobusunda çəkilən bu görüntülər Bakıda nəqliyyat sisteminin mövcud vəziyyətindən xəbər verir.
Sərnişinlərdən birinin göndərdiyi məlumatda deyilir ki, sözügedən avtobus hər gün dayanacaqlara gec gəlir və gələn zaman isə tamamilə dolu olur. Nəticədə evinə getmək istəyən sərnişinlər həyatlarını təhlükəyə atmış olurlar.
Bir digər şikayət isə sözügedən avtobusdakı qiymətlə bağlıdır. Belə ki, avtobusda qiymətlər qeyri-qanuni olaraq axşamlar 30 qəpiyə qaldırılır.
(milli.az)