Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

media-hightechnic-468x90

Sabah saat 11:00-dan 15:00-dək bəzi marşrutların hərəkət sxemləri dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar olaraq 7B, 79,165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi – C.Səlimov küçəsi – Ə.Salamzadə küçəsi – Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600