Şərti sərhəddə ERMƏNİ MÜDAXİLƏSİ: “Əgər atəşkəsin pozulması davam edəcəksə...”
“Atəşkəsin pozulması davam edəcəksə, Azərbaycan adekvat cavab verəcək”.
Bu sözləri Ermənistan tərəfinin atəşkəsi mütəmadi pozmasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan daxilində bəzi qruplar gərginlikdə maraqlıdır:
“Son günlər Ermənistan daxilində müxalifətlə iqtidar arasında gərginlik var. Hətta Paşinyan eks-prezidentləri debata çağırdı. Ermənistan ordusunda Sarkisyana, Koçaryana, Ohanyana tabe olan qüvvələr var. O qüvvələrdən məharətlə istifadə edirlər. Onlar da şərti sərhəddə atəşkəsi pozurlar. Bəzi qüvvələr atəşkəsi pozaraq Ermənistan daxilində çaxnaşma yaratmaq istəyirlər. Atəşkəs rejiminin pozulması, ola bilsin, Paşinyana heç cür sərf etməsin. Ancaq rusyönümlü, iranyönümlü qüvvələrə sərf etsin.
Güman edirəm ki, ciddi toqquşma baş verməyəcək. Azərbaycanın verdiyi təkliflərin bəziləri ilə Ermənistan tərəfi razıdır, bəzilərini müzakirə edirlər. Əgər atəşkəsin pozulması davam edəcəksə, Azərbaycan adekvat cavab verəcək”.
Səxavət Məmməd