!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərxan Kərəmoğlunu TOPA TUTDULAR: “Moskvada deyilsən, şalvarını geyin” - FOTOLAR

!Reklam – Yazi

Tanınmış şoumen Sərxan Kərəmoğlunun geyimi sosial şəbəkədə tənqid atəşinə tutulub.

Yenicag.az xəbər verir ki, Kərəmoğlu “Instagram” hesabında paylaşım edərək bəzi sənətçilərin Rusiyada özələrini apara bilmədiyini və sənəti hörmətdən saldıqlarını bildirib:

“Həyatda elə insanlar var ki, həqiqətlə barışa bilmir. Səninlə oturub çörək yeyir, ancaq həqiqətlərini inkar edir. Bir neçə belə sənət adamları var. Toplum olaraq bizi cəmiyyətdə hörmətdən salan və cılız şəkildə təqdim edə bilənlərdən hələ danışmıram. Rusiyada bir neçə yerdə şahidi oldum, insanlar birinin hansısa hərəkətinə, davranışına baxır, qərar verir ki, bu sənətdə olanların hamısı elə belə yaman günlüdürlər. Bir ailədə övladlar eyni olmursa, biz sənətdə olan adamları siz hansı məntiqlə eyniləşdirərsiniz?”

Onun paylaşımından çox geyimi müzakirələrə səbəb olub. Kərəmoğlunun şortiki birmənalı qarşılanmayıb. “Moskvada deyilsən e, şalvarını geyin, – deyərək, müğənnini tənqid ediblər”.

Qeyd edək ki, bir müddət öncə də şoumen geyiminə görə kəskin tənqid olunub. O, arvad paltarı geyinməkdə suçlanıb. Kərəmoğlu isə canlı yayın açaraq, ona irad bildirənləri “ağ yuyub, qara sərib”.

Fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv