Xarkovda naməlum şəxs yolu keçən insanlara atəş açıb.
Yeniçağ.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları 3 vətəndaşın sərxoş silahlını zərərsizləşdirdiyini görüblər. Saxlanılan şəxs həmin vətəndaşlarla problem yaşadığını, arvadını təhqir etdiklərini bildirib.
Şəxsi axtarış zamanı sərxoş şəxsin üzərində polis nişanı aşkarlanıb. Onun Xarkov patrul xidmətinin əməkdaşı olduğu dəqiqləşdirilib. Hadisə baş verən zaman adı açıqlanmayan polisin istirahət günü olub.
Hadisə yerinə istintaq qrupu cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.Az
www.yenicag.az