Səsi ilə ölümə meydan OXUDU: Son nəfəsini verməzdən öncə…
Ağır xəstəliyə tuş gəldi, ölümündən az əvvəl səhnədə vida nəğməsi oxudu…
Yenicag.az xəbər verir ki, bu gün mərhum əməkdar artist Aygün Bəylərin doğum günüdür.
Yoxluğu ilə sevənlərini qısa zaman kəsiyi ayırır. Amma bir an belə unudulmadı, yaddaşlardan silinmədi. Çünki o, sözün əsl mənasında, sənət fədaisi idi, sənətini hər şeydən üstün tuturdu. Hər zaman şou-biznesin qalmaqallarından, dedi-qodusundan uzaq idi. Çünki onun gündəmə gəlməsi üçün belə ucuz reklamlara ehtiyacı yox idi.
Aygünü sevdirən, tanıdan səsi, sənətin idi. Amma tale, qədər onun üzünə gülümsəməyə xəsislik etmişdi. Gənc ikən çətinliklərlə üz-üzə qalan Aygün zərif çiyinlərində ağır yüklər daşımalı oldu. Həyatı yağ-bal içində keçmədi və bu ağır yükün altında əzilən, amma mərdliyini qoruyub saxlayan sənətçi günlərin bir günü ağır xəstəliyin qurbanına çevrildi. Son nəfəsində belə sənətini unutmadı, sənətinə sadiq qaldı. Ölümünə sayılı günlər qalanda, son nəfəsini verməzdən öncə özündə güc tapıb səhnəyə çıxdı, qu quşu kimi son vida nəğməsini oxudu. Amma bu gün də səsi, sənəti yaşayır. Nə qədər ki sənət var, Aygün Bəylərin də səsi hər zaman yaşayacaq.
Cəvahir