!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səssiz terror”dan necə xilas olaq? – “Daha çox bu yerlərdə baş verir”

!Reklam – Yazi

“Dəm qazı sızması nəticəsində mənzillərdə partlayışlarının baş vermə ehtimalı yüksəlir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhlükəsizlik qaydalarında yol verilən nöqsanlar səbəbindən dəm qazından zəhərlənmə halları və atılması lazım olan addımlar barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.

Onun sözlərinə görə, soyuq havaların gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə və qaz sızması nəticəsində partlayış hallarının sayı çoxalır.

“Bunun başlıca səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması, qaz təchizatı qaydalarının pozulması, ondan istifadə zamanı yol verilmiş nöqsanlardır. Bu nöqsanlara da yol verdikdə evə dəm qazı sızması, sızma nəticəsində mənzillərdə partlayışlarının baş vermə ehtimalı yüksəlir. Əvvəlcə binaların tikinti və layihələndirilməsi zamanı tikinti normalarına və qaz təsərrüfatı qaydalarına əməl edilməlidir”, – deyə o bildirib.

O.Musayev qeyd edib ki, dəm qazını müəyyən etmək insan instinkti ilə mümkün deyil:

“Çünki bu qaz iysiz, rəngsiz və xüsusi özünəməxsus spesifik qoxuya malik deyil. Lakin bir sıra təhlükəsizlik tədbirləri görüldükdə dəm qazı sızması nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Bu tədbirlər mənzillərdə qaz detektorları quraşdırılmalıdır. Bu, dəm qazından qorunmaq, insan həyatını xilas etmək üçün gözəl vasitədir. Qaz sızmasını vaxtında aşkarlamaq üçün ən sadə üsul onları quraşdırmaqdır.

Lakin qaz detektorları ilə bağlı ölkəmizdə müəyyən boşluq mövcuddur. Bu detektorlarla bağlı vahid standartlar və qaydalar olmalıdır. Onların quraşdırılması könüllü deyil, məcburi şəkildə həyata keçirilməlidir. Hamamlarda tüstü bacaları ildə iki dəfəfən az olmayaraq, təmizlənməlir. Onların quraşdırılması xüsusi lisenziyalaşmış şirkətlər tərəfindən həyata keçirilməli və dövri olaraq yoxlanılmalıdır. Sızmaların qarşısını almaq üçün ölkəmizdə vahid mexanizm tətbiq olunmalıdır”.

Ekspert əlavə edib ki, dəm qazından zəhərlənmə halları daha çox vanna otaqlarnda baş verir.

“Bu səbəbdən də ölkəmizdə tətbiq olunan yeni qaydaların tələblərinə görə qaz cihazları vanna otaqlarında quraşdırılmamalıdır. Vanna otaqlarında dəm qazının yayılma riski daha yüksək olduğundan havanın dövr etməsi üçün qapılarda 4-5 dəlik açılmalıdır. Mətbəxlərlərdə qaz cihazları quraşdırılsa, mətbəxin hündürlüyü 2.2 metrdən aşağı olmamalıdır”, – deyə o vurğulayıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv