Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səudiyyə Ərəbistanı "Tesla"dan da rədd aldı: Qaşıqçı hadisəsinin fəlakətləri davam edir

“Bundan sonra güman ki, layihələrimiz üçün Səudiyyə Ərəbistanından maliyyə dəstəyi almayacağıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Podcast” ilə müsahibəsində Elon Mask bildirib.

“Jurnalistin öldürülməsi olduqca pis əməldir. Belə bir cinayətə qol qoyan ölkə – Səudiyyə Ərəbistanı ilə əlaqələrimizi yenidən gözdən keçirməliyik” – deyə Elon Musk vurğulayıb.

Qeyd edək ki, Mask “Twitter” hesabı vasitəsilə avqust ayında hissəsi 420 dollar təkliflə şirkəti Nyu-York birjasından çəkmək istədiyini açıqlamışdı. Daha sonra ətraflı məlumat verərək, son iki ildə səudiyyəlilərin şirkəti birjadan çəkmək üçün dəfələrlə müraciət etdiyini və avqustda 3.2 milyard dollar qarşılığında 5% səhmləri aldıqlarını bildirmişdi.

Virgin qrupunun təsisçisi, milyarder Riçard Branson da Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanı hökuməti ilə turizm danışıqlarını və Virginin kosmik işi üçün iki investisiya layihəsini dayandırmışdı.

Eyni şəkildə, “Microsoft”un qurucusı Bill Geyts və həyat yoldaşı Melindanın başçılıq etdiyi Gates Vəqfi də Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə ortaqlığı ləğv etmişdi.

Həşim Səhrablı

Loading...

www.yenicag.az

4121
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100