!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəblər sonunda barışır?

!Reklam – Yazi

Qətər dövləti barışıq üçün Səudiyyə Ərəbistanına elçi göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yazıb.

Məlumatda qeyd edilib ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani ötən ay Səudiyyə Ərəbistanına həyata keçirdiyi gizli səfəri zamanı iki ölkə arasında münasibətləri düzəltməyi, bunun üçün Dohanın Səudiyyə Ərəbistanının soyuq yanaşdığı “Müsəlman Qardaşlar” Hərəkatı ilə əlaqələrini dayandırmağı təklif edib.

Qeyd edək ki, 2017-ci ilin 5 iyununda Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn və Yəmən Qətərlə əlaqələri dayandırıb, bu ölkəyə blokada tətbiq edib. Buna səbəb Qətərin “Müsəlman Qardaşlar”a dəstək verməsi olub.

Yalnız Türkiyənin hərbi-siyasi və iqtisadi dəstəyi nəticəsində Qətər ərəb ölkələrinin təzyiqləri qarşısında dayana bilib. Lakin indi görünür ki, rəsmi Doha münasibətləri bərpa etməyə çalışır.

 

COP29

www.yenicag.az

2280
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv