Səudiyyə Ərəbistanında cəllad vəzifəsinə vakansiya elan olunub
Səudiyyə Ərəbistanda cəllad işi ilə bağlı elan verilib.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, hökumət edamları həyata keçirmək üçün 8 cəllad işə götürəcəyini bəyan edib.
Cinayətin növünə görə, əl və ya baş kəsəcək cəlladlar daha çox tələb olunur.
Qeyd edək ki, cari ilin dörd ayı ərzində ölkədə 85 adam edam olunub.