“Bunu edən insan həyatda xeyir tapmadı, bunu biz bilirik”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Sevda Ələkbərzadə “Pərvizə görə” verilişində deyib.
O, atası mərhum yazıçı Çingiz Ələkbərzadə və ona olunan haqsızlıqlar barəsində danışarkın deyib:
“Atam ona atılan şər-böhtana görə 2 il iki ay həbsdə yatdı. Atam bəraət qazanmışdı. Amma illər keçib, hələ də bu mövzu danışılır, çünki ona qarşı çox böyük haqsızlıq olub. Bunu edən insan həyatda xeyir tapmadı, bunu biz bilirik”.
Sənətçi, atasının həbsdən çıxandan sonra xəstəlik nəticəsində yaddaşını itirdiyini də bildirib:
“Atam həbsdən sonra alzheimer xəstəliyinə tutuldu. Hamını, hər kəsi unutdu, bir tək öz adını unutmadı. Dünyasını dəyişəndə hamını tanıdı, əlini qoydu çənəsinə dedi, qorxmayın, qorxmayın, mən gedirəm. Kişi kimi də getdi bu həyatdan”.
Nehru
www.yenicag.az