Sevdiyi adamın evinə bacadan girdi-Fotolar

media-hightechnic-468x90

sok-eden-cagri-bacada-biri-var-4894690 (1)Yenicag.az xəbər verir ki, ABŞ-da maraqlı hadisə yaşanıb. Beləki, Genoveva Nunez-Figueroa adlı 30 yaşındakı amerikalı qadın internet vasitəsi ilə tanış olduğu  bir adama aşiq olub.

O, adamın evinə girmək üçün hər yolu düşünüb. Sonunda çarəni evə bacadan girməkdə görüb. Lakin hər şey onun gözlədiyi kimi getməyib. Gənc qadın bacada sıxışmış vəziyyətdə qalıb. Bunu görən ev sahibi aidiyyatı qurumlara zəng edərək yardım çağırıb. Xeyli səydən sonra, qadın bacadan çətinliklə də olsa çıxarılıb. Bunun üçün müxtəlif kəsici alətlər, yuyucu vasitələri kimi maye məhsulları belə istifadə edilib.

Lawrence adlı 28 yaşındakı ev sahibi bunun qadının evə girmək üçün ilk cəhdi olmadığını, daha əvvəl də bu üsulla girmək istədiyini söyləyib.

Gənc qadın icazəsiz mülkə girməklə təqsirləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600