Sevdiyi qıza görə intihara əl atan MƏŞHUR MÜĞƏNNİ: "Bizi ayırmaq üçün üstümə..."
“Başıma oyunlar gətirdilər ki, qızdan əl çəkim”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Cavad Rəcəbov “Rəngarəng” verilişində deyib.
70 yaşlı sənətçi şəxsi həyatı ilə bağlı gizlinləri açıqlayıb:
“Həyat yoldaşımla ailə qurarkən çox çətinliklər yaşamışam. Qızın atası Lənkəranda üç varlı kişidən biri idi. Mən də kasıb oğlan. Qəti şəkildə bu evliliyin əleyhinə idi. Qız həmin vaxt Tibb İnstitutuna daxil oldu. Məni ondan ayırmaq üçün üstümə adamlar saldılar. Qız dedi, əlim onun əlinə dəyib, Cavaddan başqası ilə ailə qurmayacam. Başıma oyunlar gətirdilər ki, qızdan əl çəkim. Məcbur olub, qızla bərabər həyatımıza qəsd etmək qərarını verdik. Gördülər, yox, başqa cür mümkün deyil, evlənməyimizə mane olmadılar. Bu günə qədər də onu sevirəm”.
Nehru












