!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevdiyini itirmək qorxusu və “qısqanclıq” İMİTASİYASI: “Görüntü xarakteri daşıyan bu səhnələr...”

!Reklam – Yazi

 

“Etibar və güvənin olduğu bir ürəkdə qısqanclığın baş qaldırması mənasızdır”.

Bu fikirləri son vaxtlar cütlüklər arasında münaqişələrə və qətllərə qədər gətirib çıxaran qısqanclıq hissi ilə bağlı danışan tanınmış psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında deyib.

O, sevən cütlüklərin tez-tez işlətdikəri “qısqanmırsa, deməli, sevmir, qısqanclıq sevgidən yaranır” fikrinə də aydınlıq gətirib:

“Qısqanmırsa, demək ki sevmir” fikri tamamilə yanlış yanaşmadır. Əslində, qısqanclıq insanın emosional çılğınlığının zahiri təzahürüdür. Bu hiss daha çox emosional və çılğın insanlarda olur. Amma bütün insanlar bu tipə məxsus deyil. Aqressiv, emosiyalarını idarə edə bilməyən insan tipləri də var. Ancaq onlar bunu büruzə verməyə də bilər. Çünki özündə soyuqqanlılığı yaradan insan emosional duyğularını idarə edə bilir.

Biz reallıqda qısqanclığı itirmək və paylaşmamaq qorxusu ilə qarışdırırıq. Bunlar tamamilə fərqli şeylərdir. İnsan sevdiyi şəxsi hər zaman itirmək qorxusu ilə yaşayır və bunun üçün də hər zaman “necə edim ki, onu itirməyim, hər zaman yanımda olsun, qəlbini qıracaq, qüruruna, şəxsiyyətinə toxunacaq bir şey etməyim” düşüncəsi ilə yaşayır. Etibar və güvənin olduğu bir ürəkdə qısqanclığın baş qaldırması mənasızdır”.

Psixoloq süni qısqanclıq göstərisi yaradan insan tiplərinin də olduğunu bildirib:

Yalançı, süni, qondarma qısqanclıq səhnələri yaradan insan tipləri də var. Bu o deməkdir ki, onlar sevir? Əsla! Amma həqiqətən də duyğusal hisslərinə qapılıb bütün varlığı ilə sevən insanlar var ki, onlar qısqanclığı ümumiyyətlə, hiss etmirlər. Çünki bu hissləri biruzə verməyi də yersiz sayırlar. Bunun da məntiqi əsası var; yəni sən yalnız mənə məxsusan, buna əminəm və yersiz qısqanclığa əsas görmürəm.

Aydın məsələdir ki, qadın, ya kişi çalışdığı kollektivdəki əks cinsin nümayəndələri
ilə ünsiyyətdə də olur, harasa səfər də edə, birgə məclislərə qatıla bilir. “Sosial şəbəkələrdə profili olsun, əsas fotonu gizlət, içəridə isə şəkillərini paylaş” – bu nə qədər cılız düşüncədir. Bütün bunlar sadəcə, bir görüntü xarakteri daşıyır. Sevdiyin insanı itirmək qorxusu ilə yaşamaq və onu paylaşmamaq hissini özünə yaxın buraxmamaq daha güclü bir hissdir, nəinki qısqanclıq”.

Cəvahir

COP29

www.yenicag.az

1535
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv