AMEA prezidenti: “Oxucular Zəfərimizin fəlsəfəsindən bəhs edən əsərlər gözləyir” - ÖZƏL

media-hightechnic-468x90

“Oxucularımız Zəfərimizin fəlsəfəsindən, dərinliklərindən, Ordumuzun qəhrəmanlıqlarından bəhs edən əsərlərin yazılmasını gözləyir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, çoxəsrlik Azərbaycan tarixində müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda qazandığı Zəfərin əvəzi olan ikinci hadisə yoxdur:

“Bu qələbə Azərbaycan xalqına ərazi bütövlüyünü və milli qürurunu bəxş edib. Hər bir vətəndaşımızın qəlbində bu qələbə ilə bağlı bir əsər, roman var. Bizim ədəbiyyatımız da, elmimiz də bu Zəfəri dünyaya çatdırmaq üçün elmi və bədii axtarışlarını davam etdirir. Qeyd etmək yerinə düşər ki, sözügedən istiqamətdə ilk əsərlər artıq yazılıb. Qələbədən, sevincdən doğan, milli qürurun təzahürü olan işlər görülüb. Amma oxucularımız Zəfərimizin fəlsəfəsindən, dərinliklərindən, Ordumuzun qəhrəmanlıqlarından bəhs edən əsərlərin yazılmasını gözləyir. Əminəm ki, bu yöndə işlər tədricən inkişaf edəcək və cild-cild əsərlər yazılacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa