Əmlak bazarındakı kəskin bahalaşmanın REAL SƏBƏBLƏRİ - AÇIQLAMA

media-hightechnic-468x90

“Mənzil bazarındakı bahalaşmanın səbəbi təkcə istehlak etdiyimiz ərzaq və qeyri-ərzaq bazarındakı bahalaşma deyil. Onlarla səbəb var”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ölkədə son 5 ildə əmlak bazarında 46 faiz bahalaşma ilə bağlı Mərkəzi Bankın açıqladığı statistikanı şərh edərkən deyib.

İqtisadçı-ekspert sürətli qiymət artımının əsas səbəblərini sadalayıb:

“Mənzil bazarındakı bahalaşmanın səbəbi təkcə istehlak etdiyimiz ərzaq və qeyri-ərzaq bazarındakı bahalaşma deyil. Bu, səbəblərdən yalnız biridir. Mənzillərin qiymətinin bahalaşması həm daşınmaz əmlak bazarının investisiya cazibədarlığının son illərdə artması, eyni zamanda vətəndaşların və sahibkarların, hətta xarici vətəndaşların ölkəmizin daşınmaz əmlak bazarına yatırım etməsi ilə bağlıdır”.

media-1dba04e0-df2c-11ef-a319-fb4e7360c4ec-jpg

Onun sözlərinə görə, ciddi və dinamik bahalaşmanın ilkin səbəblərindən biri də Rusiya və Ukrayna arasında müharibənin başlanmasıdır:

“Bundan sonra inşaat materialları bazarında qiymət artımı oldu, Ukraynada olan iş adamlarımız bizneslərini ölkəmizə transfer etdilər. Təbii ki, ölkədə hansı istiqamətə yatırım etmək məsələsi ortaya çıxanda, bunun daşınmaz əmlak bazarı olduğu üzə çıxdı. Daşınmaz əmlak bazarına böyük həcmdə investisiya qoyuldu”.

media-83105-1592284482

Ekspert vurğulayır ki, urbanizasiya məsələləri də səbəblərdən biridir:

“Bölgələrdən Bakı şəhərinə axın oldu ki, bu da daşınmaz əmlak bazarına tələbatı artırdı. Sosial layihələr, böyük miqyaslı söküntü işləri və yeni binaların tikilməsi də qiymət artımı ilə nəticələndi. Son illər paytaxtda daşınmaz əmlak bazarına marağın artması da bu sahədə biznesin ikiqat artımasına gətirib çıxardı”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa