Yeni yolda köhnə problem: Sürücülər təhlükə ilə üz-üzə - VİDEO

media-hightechnic-468x90

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə süjetdə “Sea Breeze” istiqamətində çəkilən yeni yoldakı problemlərdən bəhs olunub.

Qeyd edilib ki, yolun bir hissəsində xətlənmə yoxdur: “Dönmə nöqtəsində maneənin qarşısında yol nişanının olmaması qəza şəraiti yaradır. Yolun əks istiqamətində “Maneəni sağdan və ya soldan keç” nişanı mövcud olsa da, digər tərəfdə sadəcə konus qoymaqla kifayətləniblər”.

Bundan əlavə, süjetdə vurğulanıb ki, yerdə qalan dirəyin görüntüləri həmin ərazidə qəzanın baş verdiyini göstərir:

“Çünki yolun döngə hissəsindəki çıxıntıda işıqqaytarıcı elementlər yoxdur. Bu yolda hadisələrin qarşısını almaq üçün üfüqi nişanlanma xətləri və müvafiq yol nişanları quraşdırılmalıdır”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa