Tənzilə Rüstəmxanlı Qaravəlli kəndindəki əmlak problemlərini müzakirə edib
Millət vəkili Tənzilə Rüstəmxanlı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov, Hüquq departamentinin direktoru Lalə Əkbərova, Daşınmaz əmlakın dövlət reyestri departamentinin direktoru İlyas Babayev və Müraciətlərə baxılması departamentinin baş mütəxəssisi Ramin Salmanlı ilə görüş keçirib.
Yenicag.az xəbər verir ki , görüşdə Neftçala rayonunun Qaravəlli kəndindəki yaşayış evlərinin və torpaq sahəsində tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı mövcud problemlər müzakirə olunub, məsələlərin həlli istiqamətində konkret addımların atılması barədə fikir mübadiləsi aparılıb.